"Bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət Ermənistanın üzərinə düşür"
Tarix: 05-07-2017 | Saat: 17:35
Bölmə:Gündəm | çapa göndər
"Ermənistanın kriminal rəhbərliyi hər zaman danışıqlar prosesini pozmaq üçün təxribatlara əl atıb. Daim çalışıb ki, müxtəlif vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirsin. 2016-cı ilin aprel ayında da Ermənistan eyni addımı atdı və layiqli cavabını aldı. Bu dəfə Füzuli rayonunun Alxanlı kəndində baş verən ölüm hadisəsi də Ermənistanın qanlı əməllərinin nəticəsidir. Məhz Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha isbatlayır".
AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
"Bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür", - deyən deputat əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı ölkələrin rəsmilərinin sülh çağırışları etdiyi, mövcud status-kvonun dəyişdirilməsinin tələb olunduğu bir zamanda işğalçı Ermənistanın bu cür təxribatlar törətməsi açıq-aşkar göstərir ki, bu ölkənin qana susamış rəhbərliyi sülh istəmir. Ona görə də dünya birliyi artıq Ermənistanın qanlı əməllərinə sərhəd çəkməli, işğalçılıq əməllərindən əl çəkməsi üçün ona qarşı sanksiyalar qəbul edilməli və sülhə məcbur edilməlidir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024