Mobil versiya
Türkiyə Ermənistanın cəbhədəki təxribatını PİSLƏDİ
Tarix: 05-07-2017 | Saat: 16:38
Bölmə:Siyasət | çapa göndər

Türkiyə Ermənistanın cəbhədəki təxribatını PİSLƏDİ



Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.

AİA.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistan tərəfinin bu təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir".

Bəyanatda həmçinin qeyd edilib ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana Azərbaycanın işğal altında olan ərazilərindən çəkilməsi üçün lazımi təzyiq göstərməlidir.

“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq təşkilatı münaqişənin sülh yolu ilə həlli üzrə səylərini artırmağa çağırıb”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024