Ermənilərin Cocuq Mərcanlı QORXUSU yaranıb
Tarix: 05-07-2017 | Saat: 16:34
Bölmə:Gündəm / Manşet | çapa göndər
Cəbrayıl rayonunun cəbhə bölgəsində yerləşən Cocuq Mərcanlı kəndində bərpa işləri bitdiyindən sakinlərin ora köçürülməsinə başlanılıb. Bu, təbii olaraq əhalidə böyük ruh yüksəkliyinə səbəb olub. Şübhəsiz ki, Ermənistan Azərbaycan tərəfinin atdığı hər addımı, o cümlədən Cocuq Mərcanlıya yönəlik işləri diqqətlə izləyir.
Cocuq Mərcanlıda məskunlaşma siyasətini həzm edə bilməyən işğalçı dövlət dünən Füzulinin Alxanlı kəndində yaşayan mülki əhalini atəşə tutmaqla xof yaratmağa çalışıb. Bu hadisə nəticəsində Alxanlının biri azyaşlı olmaqla iki sakininin qətlə yetirilməsi, daha bir mülki şəxsin yaralanması Azərbaycan əhalisində qəzəb hissini alovlandırdı.
Ermənilərin cəbhə xəttindəki aktivliyi” onlarda Cocuq Mərcanlı qorxusunun yarandığını deməyə əsas verir.
Xocalının deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, erməniləri hər zaman, Cocuq Mərcanlıdan öncə də qorxu izləyib:
“Onlar artıq tam başa düşüblər ki, Azərbaycan 90-cı illərin əvvəlindəki ölkə deyil. O vaxtkı şəraitdən istifadə edib torpaqlarımızı işğal etməyə nail oldular. Bu gün ölkəmiz güclü orduya, iqtisadiyyata, stabil dövləçiliyə sahibdir. Son bir ayda Azərbaycan ordusu müxtəlif ərazilərimizdə, o cümlədən Naxçıvanda müharibə şəraitinə uyğun yüksək səviyyəli hərbi təlimlər keçirib. Bu, onların canına vəlvələ salıb.
Cocuq Mərcanlı da artıq qayıdışın başlağıcıdır və bizim uğurumuzdur. Azərbaycanın bütün istiqamətlərdə qazandığı uğurlar ermənilər üçün təhlükədir. Onlar düşünür ki, işğalın sonu yaxınlaşır. Ancaq çox təəssüf ki, bu sonun yaxınlaşmasına mane olan beynəlxalq qurumlar, həmsədr dövlətlər var. Əgər onların əli ermənilərin kürəyində olmasa, ermənilər “tülkü aslan kölgəsində yatan kimi” bunların kölgəsində yatmasa, təbii ki, bu işğala çoxdan son qoyulmuşdu. Ancaq bu, bizim qarşımızda əbədi maneə olmayacaq. Nəticədə biz torpaqlarımızı düşmənlərdən azad edib yurd-yuvamıza qayıdacağıq. Ermənilər hər zaman mülki əhaliyə qarşı kültəvi soyqırımı törədib. Dünənki hadisə də buna nümunədir. Son sözü Azərbaycan əsgəri deyəcək.
İtə deyirlər ki, niyə hürürsən, deyir yalımı qoruyuram. Bu gün onların hərəkəti yalın qoruyub, quyruğunu dalına qısan itin hərəkətlərinə bənzəyir”.
Hərbi ekspert Üzeyir Cəfərov də düşünür ki, baş verən hadisələrdə Cocuq Mərcanlı faktoru var:
“Bilirsiniz ki, dünən Cocuq Mərcanlıya Azərbaycan vətəndaşlarının qayıdışı elan olunmuşdu. Bu, təbii ki, ermənilərin canına bir qorxu salıb. Bu səbəbdən son zamanlar onların ölkəmizə olan təxribatı artıb. Xüsusilə dünən Füzuli rayonunda baş verən hadisəni qeyd etmək lazımdır.
Füzuli rayonunun Alxanlı kəndi də bir vaxtlar ermənilərin işğalı altında olub. Həmin vaxt mən orada xidmət keçirdim. O əraziləri ermənilərdən geri aldıq və vətəndaşlarımızın öz yurdlarına qayıtdılar. Sözsüz ki, dünənki təxribat ermənilər tərəfindən bilərək həyata keçirilib”.
Ekspert təxribatların səbəbi kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən də söz açıb:
“Açığı, bir qədər qəribə görünsə də, dünənki təxribatda ATƏT-in Minsk qrupunun həmsədrlərinin də əli var. Çünki ayın 11-də Avstriyada xarici işlər nazirlərinin görüşü gözlənilir. Həmin görüşə həmsədrlər də qatılmaq istəyir. Danışmaq üçün mövzu lazım idi və bu şəraiti də ermənilər yaratdılar. Sözsüz ki, narahatlıqlarını ifadə edən bəyanat veriblər. Amma onlardan soruşmaq lazımdır ki, ermənilər nə vaxta qədər Azərbaycanın evində oturub, öz şərtlərini diktə edəcəklər? ATƏT-in Minsk qrupunun həmsədrləri dünən həmin istiqamətdə monitorinq keçiriblər. Belə mənasız monitorinqlər kimə lazımdır?
Biz vətəndaşlarımızı itiririk. Kim o körpənin, nənəsinin həyatını qaytaracaq və ya kim doğmalarının ağrısını yüngülləşdirəcək? Ona görə də Azərbaycan iyulun 11-də bəyan etməlidir ki, ATƏT Ermənistanı yola gətirə bilmədiyi halda bundan sonra Azərbaycan heç bir danışıqlarda iştirak etməyəcək və güc amilindən istifadə edəcək. Biz Amerikanın, Fransanın, Rusiyanın nazı ilə oynaya-oynaya vətəndaşlarımızı itiririk. Onlar erməni maraqlarını təmin edirlər.
Bundan sonra heç bir danışıqlarda iştirak etmək lazım deyil. Yetər artıq rusun, amerikanın, fransızın fitnəkarlığı, hoqqabazlığı ilə oturub-durduq”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024