Mobil versiya
Lapşinin anası məhkəmədə ifadə verəcək? - Vəkildən AÇIQLAMA
Tarix: 05-07-2017 | Saat: 15:59
Bölmə:Gündəm | çapa göndər

Lapşinin anası məhkəmədə ifadə verəcək? - Vəkildən AÇIQLAMA



Aleksandr Lapşinin anası məhkəməyə çağırılmayacaq.

AİA.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin deyib.

Vəkil bildirib ki, A.Lapşinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə anasının çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Məhkəmə Lapşinin anasının şahid qismində prosesə çağırılması barədə qərar qəbul etməyib. Ona görə də Lapşinin anası məhkəmədə ifadə verməyəcək".

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024