Gömrük Komitəsi öz əməkdaşının saxlanıldığını təkzib edib
Tarix: 03-07-2017 | Saat: 17:28
Bölmə:Gündəm | çapa göndər
Bir sıra KİV-lərdə hüquq-mühafizə orqanlarının adından xüsusi əməliyyat nəticəsində qeyri-qanuni yollarla külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə məşğul olan şəbəkənin aşkarlandığı, ölkənin gömrük-sərhəd buraxılış məntəqələrindən birinin rəisinin də şəbəkə üzvləri arasında olduğu və həmin şəxsin də həbsə alındığı, evində, avtomobilində axtarış aparıldığı barədə yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.
Dövlət Gömrük Komitəsi bildirib ki, cari ilin aprel ayında külli miqdarda rus rublunu ölkədən qanunsuz yolla çıxarmaq istəyən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanıb və müvafiq araşdırmalar aparılır. Eyni zamanda, aşkar edilən həmin qaçaqmalçılıq faktının həyata keçirilməsinə cəhddə digər şəxslərin, eləcə də gömrük əməkdaşlarının iştirakının olub-olmaması da araşdırılır və istintaqın yekununa uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Komitə bəyan edib ki, faktla bağlı hər hansı gömrük əməkdaşı saxlanılmayıb, evində, avtomobilində axtarış aparılmayıb.
Dövlət Gömrük Komitəsi bildirib ki, mövcud gömrük qanunvericiliyin tələblərinə uyğun olaraq qaçaqmalçılıq, o cümlədən valyuta qaçaqmalçılığına qarşı qətiyyətli mübarizə aparır və bu barədə kütləvi informasiya vasitələri, eyni zamanda komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Dövlət Gömrük Komitəsi bir daha kütləvi informasiya vasitələrini və jurnalistləri komitənin fəaliyyətinə dair məlumatları rəsmi mövqe öyrənməklə yaymağın həm Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, həm də jurnalist etikasına hörmətin təzahürü olduğunu diqqətə çatdırır.
Xatırladaq ki, bəzi internet resurslarında Milli Məclisin üzvü Məlahət İbrahimqızının qardaşı Mehman Həsənovun həbs olunması ilə bağlı xəbər yayılmışdı. M.Həsənov "Sadaxlı" Gömrük Postunun rəisidir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024