Mobil versiya
Polad Bülbüloğlu: “Qarabağ danışıqlarını davam etdirmək lazımdır”
Tarix: 03-07-2017 | Saat: 14:52
Bölmə:Siyasət / Manşet | çapa göndər

Polad Bülbüloğlu: “Qarabağ danışıqlarını davam etdirmək lazımdır”



"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün iştirak etdiyi format özlüyündə ciddi addımdır. Məhz bu ölkələr - ABŞ, Rusiya və Fransa böyük siyasi çəkiyə və bu sahədə illərlə qazanılmış təcrübəyə malikdir. Amma gördüyümüz kimi, 1997-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun üçtərəfli həmsədrlik institutu gözlənilən nəticəni əldə edə bilməyib"

AzVision.az xəbər verir ki, bunu TASS-a müsahibəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

“Azərbaycan tərəfi münaqişənin həll olunması ilə bağlı qəti addımlar atmağın vaxtı çatdığını dəfələrlə vurğulayıb. Azərbaycan ərazilərinin işğalı ilə xarakterizə olunan status-kvo qəbuledilməzdir. Bu, 2009-2013-cü illər arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında da yer alıb. İndi real nəticələrin əldə olunması üçün substantiv danışıqların davam etməsini təmin etmək lazımdır. Bir daha vurğulayım ki, danışıqlar predmet xarakteri daşımalıdır. İndi prosesin özünün yox, nəticənin daha vacib olduğu vaxtdır”, - deyə P.Bülbüloğlu vurğulayıb.


AIA/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024