Mobil versiya
Nazirlik şikayəti araşdırıb
Tarix: 29-06-2017 | Saat: 17:40
Bölmə:Gündəm | çapa göndər

Nazirlik şikayəti araşdırıb


Bakı şəhəri, Yeni Ramana qəsəbə sakini Ə.Cabbarovun yaşadığı ünvanın yaxınlığındakı ərazinin zibilliklərdən təmizlənməsi ilə əlaqədar müraciəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayətçinin və Ramana qəsəbəsi bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 150 m2 sahədə məişət tullantılarının qalaqlandığı, kommunikasiya xətlərinin və neft buruqlarının mövcud olduğu müəyyən edilib.

Tullantıları atan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması məqsədi ilə Nazirlik tərəfindən Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub.

Nazirliyin əməkdaşları tərəfindən Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Ramana Bələdiyyəsinə verilmiş məcburi göstərişin icrası olaraq ərazi məişət tullantılarından təmizlənib və tullantıların atılmasını qadağan edən xəbərdaredici lövhə yerləşdirilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024