Mobil versiya
Arif Məmmədov və Elnur Mirzəyevlə bağlı istintaq dayandırıldı
Tarix: 29-06-2017 | Saat: 17:35
Bölmə:Gündəm | çapa göndər

Arif Məmmədov və Elnur Mirzəyevlə bağlı istintaq dayandırıldı




Keçmiş diplomat Arif Məmmədov və Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs Elnur Mirzəyev barəsində olan cinayət işi üzrə istintaq dayandırılıb.

AİA.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb onların axtarışda olmalarıdır.

Həmin şəxslər saxlanılaraq istintaq orqanına təhvil verildikdən sonra cinayət işi üzrə istintaq davam etdiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl hər iki şəxs axtarışa verilib. 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edildiyi qeyd olunub.

Hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev isə Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.

O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, E. Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn "Mühacir işi"ndə hallanıb.

Mətbuatın yazdığına görə, E. Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib.

Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024