Mobil versiya
Nazirlik daha 110 əlili istirahətə göndərib
Tarix: 29-06-2017 | Saat: 17:01
Bölmə:Gündəm | çapa göndər

Nazirlik daha 110 əlili istirahətə göndərib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan daha 110 nəfər istirahətə yola salınıb. Onlardan 60 nəfəri Xaçmaz, 50 nəfəri isə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yola salınan əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması, onların cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları məqsədilə ölkəmizdə mühüm sosial proqramların icra olunmasından və ildən-ilə uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər.

Tədbir nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində istirahət etmələrinə şərait yaradılmasıdır. Proqrama uyğun olaraq, cari il ərzində 1100 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Quba rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili planlaşdırılıb. Bu günə qədər onlardan artıq 915 nəfərinin qeyd edilən rayonlardakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.

Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması bunun üçün ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024