Mobil versiya
Rusiya Azərbaycana daha 15 "Tank qatili" göndərəcək
Tarix: 29-06-2017 | Saat: 16:46
Bölmə:Gündəm / Karusel | çapa göndər

Rusiya Azərbaycana daha 15 "Tank qatili" göndərəcək


usiya iyunun 25-də Azərbaycana ən azı 12 "Xrizantema-S" tank əleyhinə idarəolunan raket kompleksi göndərib.

AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Londonda mənzillənmiş, hərbi və təhlükəsizlik mövzuları üzrə ixtisaslaşmış "Jane's Defence Weekly" bildirir. Xəbərin müəllifi isə jurnalın erməni əməkdaşı Eduard Abramyandır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya ilə bağlanmış müqavilələr əsasında yeni silah partiyasının Bakıya gətirildiyi barədə məlumat yayıb. Nazirliyin yaydığı kadrlara əsasən Rusiya "Bəstəkar Raxmaninov" gəmisi ilə Bakıya "Xrizantema-S" tank əleyhinə raket kompleksləri, bu komplekslərin tərkibinə daxil olan komanda-qərargah maşını və digər sistemlər, habelə "Xrizantema-S" raketləri göndərib. Hərbi qaynaqlardan virtualaz.org-a məlum olmuşdu ki, Bakıya cəmi 42 eşalon hərbi texnika gətirilib. Müdafiə Nazirliyi Rusiyadan silah gətirilməsinin davam edəcəyini bildirib.



"Jane's Defence Weekly" bildirir ki, Rusiya 2018-ci ilin sonlarına qədər Azərbaycana əlavə olaraq 15-dən çox "Xrizantema-S" kompleksi göndərəcək.

"Xrizantema-S" kompleksləri təchiz olunduğu eyni adlı raketin yüksək dağıdıcı gücünə və dəqiqliyinə görə "Tank qatili" adını alıb. Bu raketlər hazırda dünya ordularının silahlanmasında olan istənilən zirehli texnikanın zirehini dəlməyə, o cümlədən müasir tankların aktiv və dinamik müdafiə sistemlərini dəf etməyə qadirdir. "Xrizantema-S" 6 kilometrə qədər məsafədə eyni vaxtda iki hədəfi vura bilir. Üç belə kompleks tank rotasının hücumunun qarşısını almaq və rotanın tanklarının yarıdan çoxunu cəmi bir neçə saniyədə sıradan çıxarmaq imkanındadır.

Azərbaycan "Xrizantema-S" kompleksləri ilə silahlanan iki-üç ölkədən biridir. Bundan əlavə Azərbaycan İsraildən tank əleyhinə "Spayk" raketlərinin bir neçə modifikasiyasını əldə edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024