Mobil versiya
Ordumuzun yubiley medalı kimlərə veriləcək...
Tarix: 24-06-2017 | Saat: 12:32
Bölmə:Gündəm / Manşet | çapa göndər

Ordumuzun yubiley medalı kimlərə veriləcək...




Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar "1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək.

Bu barədə prezidentin təqdimatı ilə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.

Modern.az-ınməlumatına görə, qanunun 2-ci maddəsinə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur.

Bəs yubiley medalı kimlərə veriləcək?
Qanuna təklif edilən əlavə sənədinə görə, yubiley medalınaSilahlı Qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçularmüvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 30-da keçiriləcək iclasında müzakirə ediləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə