Mobil versiya
Ramazanla bağlı yenə İKİTİRƏLİK yarandı - Bəziləri bayramı iyunun 25-də də qeyd edəcək
Tarix: 23-06-2017 | Saat: 17:49
Bölmə:Gündəm | çapa göndər

Ramazanla bağlı yenə İKİTİRƏLİK yarandı - Bəziləri bayramı iyunun 25-də də qeyd edəcək


Artıq Ramazan ayının son günlərini yaşayırıq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı açıqlamaya görə, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq. Hər il Ramazan ayının başlanması və bitməsilə bağlı cəmiyyətdə ikitirəlik yaranır. Amma sevindiricidir ki, bu il hər kəs QMİ-nin müəyyən etdiyi təqvim üzrə aya başladı. Amma bayramın qeyd olunmasında yenə ikifikirlilik yaranıb. İllərdir dəyişməyən ənənəyə görə, Azərbaycan bu il də Ramazan bayramını İran İslam Respublikası ilə eyni gündə qeyd edəcək. Bəzilərinə görə isə bayram Türkiyə və Ərəbistanla eyni gündə-iyunun 25-də qeyd edilməlidir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib ki, bayramın gününün əvvəldən müəyyən olunması düzgün deyil:

“Ramazan bayramı yeni ayın görünməsi ilə qeyd olunur. Mən məlumatları mülahizələrinə inandığım mənbədən almağa üstünlük verirəm. Bayram namazı 26 iyuna təyin olunub, həmin gün bayram namazı qılınacaq. Amma mənim Türkiyə və Ərəbistandan aldığım bilgilərə görə, bayram iyunun 25-idir. Həmin gün oruc tutmayacam. Kimin hara istinad etməyi azad seçimdən irəli gəlir. Ona görə də bu məsələyə qarışmağı doğru saymıram. Özüm daha çox Türkiyəni, Ərəbistanı referans götürməyin tərəfdarıyam. Onlara istinad etmək ümumi İslam prinsiplərinə daha çox uyğundur. Bayramın bir gün sonraya saxlanması bir az siyasi xarakter daşıyır. Biz də çalışmalıyıq ki, müstəqil dövlət olaraq qərarı özümüz daha çox verək. Rəsədxanada nə deyilirsə, o da olmalıdır”.

Deputat bildirib ki, bu gün QMİ rəsmisi Hacı Salman Mürsəlov bayramın 25-də qeyd oluna biləcəyini istisna etməyib:

“Bu gün cümə namazında Hacı Salman Musayev bildirdi ki, “ola bilsin 24-ü ay görünsün, onda 25-i bayramdır”. Ona görə, bayramı əvvəldən təyin etməklə deyil. Bayramın 25-nə düşməsinə güman var ki, bu, açıqlanıb. Bütün hallarda 26 iyunda hər kəs bayram namazı qıla bilər. Amma oruc tutmaq məsələsində hər kəsin öz seçimi var. Mən də çox güman ki, 24-ü ay görünərsə, 25-i oruc tutmayacağam. Ümumi İslam həmrəyliyi baxımından bayramın Türkiyə və Ərəbistanla bir qeyd olunmasının tərəfdarıyam. Bizim fərqlənməyimiz düzgün deyil”.



AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024