Mobil versiya
"Reklamdan gələn pulları mənimsəyirdilər" - Deputat
Tarix: 22-06-2017 | Saat: 15:01
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Reklamdan gələn pulları mənimsəyirdilər" - Deputat


“Dövlət Reklam Agentliyinin yaradılmasına ehtiyac var idi. Çünki ölkəmizdə bu istiqamətdə ciddi problemlər mövcuddur”.

Bunu AzVision.az-a deputat Vahid Əhmədov deyib. Millət vəkili hesab edir ki, açıq məkanlarda olan reklamların dili, üslubu və tərtibi ilə bağlı problemlər aradan qaldırılmalıdır.

““Reklam haqqında” qanunu həmkarım Əli Məsimli ilə birlikdə hazırladıq. Qanun qəbul olunduqdan sonra bir sıra qanunlara da dəyişiklik edildi. Həmçinin özəl reklam şirkətlərinin vəziyyəti və onların qanunla tənzimlənməsi də “Reklam haqqında” qanunda öz əksini tapdı. Bu baxımdan Dövlət Reklam Agentliyinin yaradılması çox vacib idi”.

V.Əhmədov qeyd edib ki, reklamla bağlı vəsaitlərin cəlb edilməsi və dövlət büdcəsinə çatdırılmasında problem mövcud idi: “Reklamdan gələn vəsaitlər dövlət büdcəsinə çox az miqdarda çatdırılırdı. Həmçinin bu vəsaitlər müəyyən insanlar tərəfindən mənimsənilirdi. Agentliyin yaradılması reklam işinin daha da gücləndirilməsinə, tənzimləmə mexanizminin inkişafına və dövlət büdcəsinə əlavə gəlirlərin gətirilməsinə səbəb olacaq”.

Qeyd edək ki, iyunun 20-də prezident İlham Əliyevin fərmanı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Yeni agentliyin yaradılmasında məqsəd ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etməkdir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024