Mobil versiya
Tramp-Putin görüşü baş tutmayacaq
Tarix: 22-06-2017 | Saat: 11:59
Bölmə:Siyasət / Manşet | çapa göndər

Tramp-Putin görüşü baş tutmayacaq




Ağ Ev prezident Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Almaniyada keçiriləcək "Böyük İyirmilik” (G 20) sammiti çərçivəsində mümkün görüşü barədə məlumatı təsdiqləməyib.

AİA.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Lindsi Uolters bildirib.

O, hazırda bu barədə bir söz deyə bilməyəcəyini deyib.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə belə bir görüşün planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda prezidentlərin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək sammit zamanı görüşəcəyi deyilirdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024