Mobil versiya
Yeni ombudsman necə adam olmalıdır?
Tarix: 21-06-2017 | Saat: 15:19
Bölmə:Gündəm | çapa göndər

Yeni ombudsman necə adam olmalıdır?


“Ombudsman olmağın kriteriyaları qanunvericilikdə göstərilib. Ona əməl etmək kifayətdir ki, insan haqlarının qorunması sahəsində müəyyən faydalı işlər görmək mümkün olsun”. Bunu Modern.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafa hazırkı ombudsmanın fəaliyyətinin başa çatma müddətindən danışarkən, seçiləcək yeni müvəkkilin necə olmasına da toxunub.

“Cəmiyyətlə sıx kontaktda olan personaların ombudsman olması daha məqsədəuyğundur. Həm beynəlxalq arenada təmsilçilik baxımından, həm də insan hüquqlarının qorunması baxımından müəyyən faydalı işlər görülüb. Ona görə də gələcəkdə kimsə bu posta təyin olunarsa, o, müəyyən dərəcədə köhnə ombudsmanın təcrübəsindən istifadə etməyə çalışmalıdır. Ona görə də qanunda nəzərdə tutulan tələblərin, hüquqi vəzifələrin gerçəkləşdirilməsi mümkün olarsa, əlavə hansısa keyfiyyətə sahib olmağa ehtiyac qalmır. Təbii ki, əhali və insanlarla daha sıx təmas qurmaq keyfiyyətlərinə sahib olmaq xüsusilə vacibdir”.

Deputatın sözlərinə görə, ombudsman postu sıradan vəzifə deyil.

“Ombudsman bir çox səlahiyyətli şəxslərin edə bilmədiyini etmək bacarığına malikdir. Bu sahədə böyük iş təcrübəsi mövcuddur. İnsanların hüquqlarının pozulmasının qarşısını almaq üçün qabalayıcı tədbirlər görülməsində ombudsmanın müstəsna rolu var. Millət vəkillərinin daxil ola bilmədiyi həbs sahələri və haradasa baş verən qanunsuzluqlarla bağlı informasiyanı almaq imkanına malikdirlər. Ona görə də bir çox cinayətlərin, hüquq pozuntularının qarşısının almasında bir növ sivil rolu oynama imkanına sahibdirlər. Yeni ombudsman kim olmasından asılı olmayaraq, insan hüquqları sahəsinə xüsusi diqqətlə yanaşmalıdır”.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024