Mobil versiya
Səməd Seyidov: Həmsədrlərin səfəri əvvəlkilərdən fərqlənmədi
Tarix: 20-06-2017 | Saat: 18:06
Bölmə:Siyasət | çapa göndər

Səməd Seyidov: Həmsədrlərin səfəri əvvəlkilərdən fərqlənmədi



ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri və verdiyi bəyanat əvvəlkilərdən fərqlənmir.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmsədrlərin regiona son səfərinə münasibət bildirərkən deyib.

S.Seyidov qeyd edib ki, həmsədrlərin regiona səfəri zamanı hansısa konkret fikir səslənmədi: “Minsk qrupu həmsədrləri nəhayət başa düşməlidirlər ki, bu şəkildə, bu formada münaqişənin həlli istiqamətində hər hansı addım atmaq çox çətin olacaq”.

S.Seyidov vurğulayıb ki, həmsədrlər konkret olaraq həqiqətləri ortaya qoymalıdırlar və reallığı gizlətməməlidirlər: “Reallıq isə ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, işğal olunmuş torpaqlardan çıxmaq fikrində deyil, Azərbaycana qarşı gündəlik təxribatlar həyata keçirir və bu məsələnin sülh yolu ilə, qanun çərçivəsində həll edilməsindən uzaqdır. Bu reallıqları Minsk qrupu ortaya qoysa, münaqişə həll olunar. Onlar bu reallıqları görürlər, ancaq etiraf etmək fikrində deyillər”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024