Bu ay qarpız-yemiş yemək zərərlidir? - Nazirlikdən AÇIQLAMA
Tarix: 20-06-2017 | Saat: 16:01
Bölmə:Gündəm | çapa göndər
"Qarpızı avqustda yeyərlər" fikirləri hər il yayın əvvəllərində aktuallaşır. İndinin özündə, hələ mayın ortalarından piştaxtalarda görünməyə başlayan qarpız-yemişi alıb yeməyə çəkinənlər çoxdur. Çünki hər il onlarla insan məhz qarpız zəhərlənməsi ilə xəstəxanalara müraciət edir.
AİA.Az xəbər verir ki, Kənd Təsərrütafı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev modern.az-a açıqlamasında qarpız-yemişlə bağlı zəhərlənmənin qeydə alınmadığını deyib: "Əvvəlki illərdə qarpız adətən başqa ölkələrdən Azərbaycana idxal olunurdu. Hazırda satışa çıxarılan qarpız, yemiş yerli istehsaldır. Sabirabad, Saatlı, Aran bölgələrində bu bitki fevral ayından əkilir və "klyonka" altında saxlanılır. Hava isinəndən sonra üstü açılır və açıq sahədə yetişdirilir. Buna tam istixana şəraiti də demək olmaz. Hazırda satışda olan məhsullar faraş məhsullardır. Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəmadi olaraq bazarlarda monitorinqlər aparır, məhsulların keyfiyyətinə nəzarət edir. Bu günə qədər ciddi pozuntu aşkarlanmayıb".
M.Hacıyev bu ayda qarpız, yemiş yeyilməsinin sağlamlıq üçün zərəri olmadığını qeyd edib: "Onu da bildirim ki, hazırda qarpız, yemişin satışı kütləvi deyil. İnsanlar bu məhsula adətən mövsümündə-iyul, avqust aylarında daha çox müraciət edirlər. Amma hazırda satışda olan məhsullar yerli məhsuldur, narahatlıq üçün əsas yoxdur".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024