Mobil versiya
"İndi biz deputatdan soruşmalıyıq ki, aldığın hədiyyənin qiyməti nə qədərdi?" - ETİRAZ
Tarix: 20-06-2017 | Saat: 12:20
Bölmə:Gündəm | çapa göndər

"İndi biz deputatdan soruşmalıyıq ki, aldığın hədiyyənin qiyməti nə qədərdi?" - ETİRAZ



"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsində qeyd edilib ki, deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Həmçinin layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Eyni zamanda deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.

Maraqlıdır, yeni qanun layihəsində əks olunan müddəalar necə tənzimlənəcək?

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyevlə əlaqə saxlayıb. Amma deputat bu mövzuda geniş danışmaq istəmədiyini bildirib.

“"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsi çox mənasız qanundur. Bizim bundan vacib işlərimiz var. Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir”.
Komissiya sədri qanun layihəsində qeyd edilən “deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır” sözlərini belə cavablandırıb:
“Bəlkə biz deputat hədiyyə alanda ondan çek də tələb edək? Bizim bütün problemlərimiz həll oldu, qaldı hədiyyə... Elə deputat var ki, ildə 1 dəfə, eləsi də var ki, 2-3 dəfə hədiyyə alır. Biz ondan soruşmalıyıq ki, hədiyyənin qiyməti nə qədərdi? Bu, çox qeyri-ciddi məsələdir”.

Qeyd edək ki, Milli Məclisin iyunun 30-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024