Nigar Camal yol polisi haqda kobud ifadə işlətdi - Vaqif Əsədov CAVAB VERDİ
Tarix: 19-06-2017 | Saat: 15:21
Bölmə:Gündəm / Manşet | çapa göndər
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın bölmə rəisi polis polkovniki Vaqif Əsədov tanınmış müğənni Nigar Camalın fikirlərinə münasibət bildirib.
V.Əsədov “Report”a deyib ki, Nigar Camalın şəxsi “facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb:
“Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır. İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmmuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki, qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil”.
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarıyla bağlı qalmaqala səbəb olacaq status yazıb. Statusun ən çox müzakirə olunan cümləsində isə N.Camal yol polisi haqda yazıb: “...axır zamanlar çox qudurublar".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024