Mobil versiya
“Kimsə mollalıq etməsin“ - Siyavuş Novruzov
Tarix: 19-10-2015 | Saat: 19:54
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər




"Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsi Prezident İlham Əliyevin səlahiyyətlərinə daxil olan məsələdir

Çünki Ali İcra Hakimiyyətinin başçısı, məhz prezidentdir. Ona görə də kiminsə qəbul olunan qərara şərh vermək və onu müzakirə etmək haqqı yoxdur".

Aia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib.

S.Novruzov vurgulayıb ki, Prezident kimi istəsə vəzifəyə həm təyin edir, həm də vəzifədən azad edir: "Lakin Milli Məclisin üzvlərindən bəziləri bu məsələyə qoşulub fikir bildirir. Prezident kimi nə vaxt istəsə vəzifəyə təyin edir, yaxud nə vaxt işdən azad edir özü bilir. Ona görə də heç kim Prezidentin səlahiyyətlərinə qarışmasın. Kimsə mollalıq, münəccimlik etməsin".

E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dövrdə necə işləməsinə gəlincə, YAP icra katibinin müavini deyib: "Mən əlavə heç nə deyə bilmərəm. Mən Prezidentimin bildiyindən artıq heç nə bilmirəm. Hər şeyi bilən cənab Prezidentdi".

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Əhməd oğlu Mahmudovun Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. E.Mahmudov 2004-cü ildə nazir təyin olunmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5574 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}