Mobil versiya
Ermənistan vətəndaşları: “Biz öz torpağımızda rusların əsiriyik”
Tarix: 15-06-2017 | Saat: 14:30
Bölmə:Siyasət | çapa göndər

Ermənistan vətəndaşları: “Biz öz torpağımızda rusların əsiriyik”


Gümrüdə yerləşən 102-ci hərbi bazanın texnikaları Ermənistanın Şirak rayonunun Marmaşen kəndinin sakinlərinə məxsus əkin sahələri yarasız hala salıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rus hərbçilərin əkin sahələrindən tank yolu kimi istifadə etməsi yerli sakinlərin etirazına səbəb olub.

"Tankları, yük maşınlarını əkin sahələri ilə aparırlar. Şikayətlərimzə baxan yoxdur. Biz öz torpağımızda rusların əsirinə çevrilmişik"- Marmaşen sakini deyib.

Qeyd edilib ki, Marmaşen yolu bu yaxınlarda tamamilə asfaltlanıb. Hərbi bazaya xəbərdarlıq edilib ki, tanklar asfaltlanmış yolla hərəkət etməsinlər, digər rayon yolundan yararlana bilərlər.

"Onlara deyildi ki, sahələrdən uzaq yolla keçsinlər, lakin məhəl qoymurlar, yanacağa qənaət edirlər".

Marmaşen bələdiyyəsinin sədri Aşot Yeğoyanın sözlərinə görə, rus hərbçilər kənd ərazisində təxminən 12 hektardan çox əkin sahəsinə ziyan vurub.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024