Cəbhə bölgəsində Milli Qurtuluş günü qeyd edildi
Tarix: 15-06-2017 | Saat: 14:13
Bölmə:Gündəm | çapa göndər
Horadiz şəhər stadionda 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Füzuli rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluşdan başlanan yollar” adlı kütləvi bayram tədbiri keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Müdafiə Nazirliyinin generalları, müharibə veteranları, rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və bir qrup tədbir iştirakçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani tədbiri açaraq 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Müdafiə Nazirliyinin Füzuli rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi kütləvi bayram tədbiri barədə məlumat verib.
Tədbirdə çıxış edən rayon Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Onun sözlərinə görə, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə çıxış edənlər 24 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırladıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar.
Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin və rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlarla davam etdirilib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024