“Aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi”
Tarix: 14-06-2017 | Saat: 18:56
Bölmə:Gündəm | çapa göndər
Bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir.
AzVision.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün tarixi bir gündür: "Cocuq Mərcanlı kəndinin bərpası günüdür və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində bu, mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritetdir. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilib. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Ordumuza lazım olan bütün ən müasir texnika, silah, sursat alınır, gətirilir, eyni zamanda Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur, ordumuzun döyüş qabiliyyəti artır. Nizam-intizam yüksək səviyyədədir".
İlham Əliyev bildirib ki, bunun nəticəsidir ki, Azərbaycan Ordusu keçən ilin aprelində erməni silahlı təxribatına layiqli cavabını verdi:
"Üç rayonun ərazisinin bir hissəsi işğaldan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Və bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, Vətən həsrəti ilə yaşayırlar, öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Sən də Cocuq Mərcanlı kəndinin sakinisən, baxmayaraq ki, sən başqa yerdə doğulmusan. Amma əminəm ki, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, lakin bura qayıtmaq arzusu ilə yaşayır. Bax bu gün gəldi. Bu, tarixi bir gündür və bu gün eyni zamanda onu göstərir ki, biz hələ də işğal altında olan torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var – güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü ordumuz".
Prezident bildirib ki, keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, ordusunun gücünü, cəsarətini göstərdi: "Bu gün biz Cocuq Mərcanlıda gözəl, yeni mərhələnin təməlini qeyd edirik. Yeni binalar, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilibdir. Növbəti mərhələdə əlavə ən azı 100 ev tikiləcək və bütün Cocuq Mərcanlı kəndinin sakinləri bura qayıdacaqlar. Siz isə gələcəkdə gənc zabitlər kimi ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız və bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqsınız. Sizə uğurlar arzu edirəm, sizi bu tarixi hadisə münasibətilə təbrik edirəm və Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər