Mobil versiya
MTN-çilərin soyduğu siqaret qaçaqmalçıları dama çıxdı: "Özümüzü atacağıq" - YENİLƏNİB
Tarix: 14-06-2017 | Saat: 18:29
Bölmə:Gündəm | çapa göndər

MTN-çilərin soyduğu siqaret qaçaqmalçıları dama çıxdı: "Özümüzü atacağıq" - YENİLƏNİB




18:27

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

AİA.Az bildirir ki, FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.


--------

18:16

MTN işi" üzrə zərərçəkənlər Sahib Qurbanov və Zaur Əzimov "Xətai Estetik klinikası"nın yaxınlığındakı çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyirlər.

AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, adları çəkilən şəxslər haqlarının bərpa olunmayacağı təqdirdə belə bir addım atacaqlarını bildiriblər. Zərərçəkmişlərin əsas tələbi keçmiş MTN rəhbərliyinin onlara qarşı etdiyi haqsızlıqlardır. Hazırda Fövqaladə Hallar Nazirliyinin və polis əməkdaşları hadisə yerindədirlər.

Xatırladaq ki, S.Qurbanov və Zaur Əzimov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə zərərçəkmiş kimi tanınıblar.

Zaur Əzimovla birlikdə qaçaqmal siqaret satışı ilə məşğul olan S. Qurbanov istintaq zamanı ifadəsində bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024