Mobil versiya
“O dünyadan vəsiqə gətirsə, inanmaq olar” – deputat qazıya HİDDƏTLƏNDİ
Tarix: 12-06-2017 | Saat: 16:59
Bölmə:Gündəm | çapa göndər

“O dünyadan vəsiqə gətirsə, inanmaq olar” – deputat qazıya HİDDƏTLƏNDİ


“Belə bir hadisəyə birinci dəfədir ki, rast gəlirəm. Seyidlik nəsildən gəlir. Kiminsə vəsiqə verməsi, bunu rəsmiləşdirməsi barədə heç vaxt eşitməmişəm. Belə işləri görən adamların dindən xəbəri yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyev adlı gəncə “seyidlik vəsiqəsi” verməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu cür hala ancaq gülmək olar.

“Kimin ixtiyarı var ki, hansısa seyidə “səni seyid olaraq təsdiq etdim” desin. Əgər qazı gedib o dünyadan vəsiqə gətirərsə, onda verdiyi “seyidlik vəsiqəsi”nə inanmaq olar. Hesab edirəm ki, belə hal qəbuledilməzdir. Biri kiməsə “seyidlik vəsiqəsi” verir, o da bununla razılaşır. Bu, gülməli haldır. Belə adamların seyidlikdən xəbəri yoxdur”.

Qeyd edək ki, Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyev adlı gəncə “seyidlik vəsiqəsi”nin verilməsi ictimai qınağa səbəb olub.

Onun özü isə bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib:

"Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”

Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib:"Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir.

Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024