Mobil versiya
Qətər əmiri Ərdoğanın dəvətinə "yox" dedi
Tarix: 10-06-2017 | Saat: 11:16
Bölmə:Siyasət | çapa göndər

Qətər əmiri Ərdoğanın dəvətinə "yox" dedi



Körfəz böhranından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar dəvətinə bu həftə sonu gəlməli olan Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani, ziyarət görüşünü ləğv edib.

Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.
Lakin həftənin əvvəlində Səudiyyə Ərəbistan başda olmaqla, digər Körfəz və ərəb ölkələrinin Qətərə sanksiyalar tətbiq etməsi nəticəsində, Əmir Əl-Sani bütün xarici səfərləri ləğv edib.

Qeyd edək ki, Qətər Əmiri yaxın günlərdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın da dəvətinə getməmişdi.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.(modern)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024