Mobil versiya
Natiq Əliyevin cənazəsi Bakıya gətirilib
Tarix: 10-06-2017 | Saat: 10:53
Bölmə:Gündəm / Karusel | çapa göndər

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib



İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

AİA.az xəbər verir ki, onun nəşini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib. Nazirlə vida mərasimi bu gün saat 12:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024