Mobil versiya
Daha iki ölkə Qətərdən səfirini geri çağırdı
Tarix: 08-06-2017 | Saat: 18:31
Bölmə:Gündəm | çapa göndər

Daha iki ölkə Qətərdən səfirini geri çağırdı


Çənubi Afrika Respublikası Qətərdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə ÇAD-in xarici işlər nazirliyinin rəsmisi “Reuters”ə açıqlamasında deyib. Bundan başqa Seneqal da Qətərdəki səfirini geri çağırıb.

Eyni zamanda Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrahman Əl Tan bu şənbə Moskvaya səfər edəcək. Qətərli nazir həmkarı Sergey Lavrovla danışıqlar aparacaq. Səfər Doha ilə bir sıra ərəb ölkələri arasında yaşanan diplomatik qalmaqal fonunda baş tutacaq.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın, əslində, elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb, diplomatik əlaqələrini kəsiblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024