Mobil versiya
“Azərbaycanda mühüm islahatlar aparılır” - Malena Mard
Tarix: 08-06-2017 | Saat: 13:06
Bölmə:Siyasət / Manşet | çapa göndər

“Azərbaycanda mühüm islahatlar aparılır” - Malena Mard


Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacağına ümid etdiyimiz yeni sazişdə geniş çeşidli fəaliyyət sahələri bir araya gələcək.
Bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard III Aİ-Azərbaycan biznes- forumunda deyib.

O bildirib ki, hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir: "Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində iş aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahədə tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük". (AzərTAc)


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024