Moldova Prezidenti İlham Əliyevə məktub göndərib
Tarix: 07-06-2017 | Saat: 18:14
Bölmə:Siyasət | çapa göndər
Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: Zati-aliləri. Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyur, xalqlarımızın səmimi və dost münasibətlərinin davamlı olacağına əminliyimi ifadə edirəm.
Müasir tarixin bu dövrü ərzində siyasi dialoqun inkişafı, ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsi və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində yaxşı irəliləyişə nail olduğumuzu qeyd etmək xoşdur.
Əminəm ki, ölkələrimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə faydalı olan bütün sahələrdə konstruktiv və səmərəli əməkdaşlığın genişlənməsi çərçivəsində birgə səylərimizlə yeni diqqətəlayiq nəticələr əldə edəcəyik.
Hörmətli cənab Prezident, Sizinlə Bakıda tezliklə görüşəcəyimə ümid edir və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024