Mobil versiya
Əli Həsənov evi yanan köçkünlərlə görüşüb
Tarix: 07-06-2017 | Saat: 17:50
Bölmə:Gündəm / Manşet | çapa göndər

Əli Həsənov evi yanan köçkünlərlə görüşüb



Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş Nazirin müavini Əli Həsənov köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.
Ə.Həsənov hazırda Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 1-də yerləşən yataqxanada məskunlaşan qaçqınlarla görüş keçirib.

Ə.Həsənov yataqxanada yanğından ziyan çəkən ailələrin müvəqqəti yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib:

"Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyi araşdırmalara başlayıb. Yanğın hadisəsinin səbəbləri araşdırılır. Bu dəqiqələrdə ölkə rəhbərliyinə məruzə edəcəyəm. Bu gün həmin ailələr müvəqqəti mənzillərlə təmin ediləcək. Yataqxana təmir olunana qədər onlar həmin mənzillərdə qalacaq”

Qeyd edək ki, bu gün Bakının Yasamal rayonunda yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın olub. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024