ABŞ-ın dövlət katibindən Azərbaycanla bağlı önəmli mesaj
Tarix: 07-06-2017 | Saat: 12:57
Bölmə:Siyasət / Karusel | çapa göndər
ABŞ Dövlət Departamentinin rəsmi saytında dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatı yerləşdirilib.
Bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb:
"ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, ölkələrimiz uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur. Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm”.
Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024