Mobil versiya
"Ermənilər bizimlə görüşməkdən qorxurlar" - Bayram Səfərov
Tarix: 07-06-2017 | Saat: 12:55
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Ermənilər bizimlə görüşməkdən qorxurlar" - Bayram Səfərov




Hazırda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər hansı bir görüşü nəzərdə tutulmur.Bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Ermənistan tərəfi görüşə gəlməkdən həmişə boyun qaçırıb. O qeyd edib ki, indiki Ermənistan iqtidarı hakimiyyətdə olduğu təqdirdə hər hansı bir görüşün keçirilməsi mümkün deyil:

"Ermənilər bizimlə görüşməkdən qorxurlar. Bir tərəfdən də onlar öz haylarındadırlar. Ermənistanda vəziyyət gərgindir, yoxsulluq və sosial vəziyyətin olduqca ağır olması və digər tükənməyən problemlər baş alıb gedir, ermənilər başlarını götürüb ölkədən qaçırlar. Belə olan halda onlar hansı nümayəndə tapıb göndərəcəklər görüşə?". (Trend.az)


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024