Baş Prokuror: “Korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur”
Tarix: 06-06-2017 | Saat: 11:43
Bölmə:Siyasət | çapa göndər
"İqtisadi Əməklaşlıq Təşkilatı müxtəlif mədəniyyətləri birləşdirən bir körpüdür. Azərbaycan təşkilatın tədbirlərində aktiv iştirak edir, iki dəfə bu təşkilata sədr seçilib".
Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə baş prokuror Zakir Qaralov bildirib.
Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda prioritet sahədir və İƏT-in bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir: "Ermənistanın işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün durumuna düşüb. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik təmin olunub, hüquqi islahatlar yolu seçilib. Bu kurs prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Z. Qaralov qeyd edib ki, korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır: "Azərbaycan beynəlxalq və regional səviyyədə bütün konvensiyalara qoşulub, bu sahədə qanunvericilik təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Bu sahədə 3 milli fəaliyyət planının icrası başa çatdırılıb. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu sahədə uğurla fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizədə "ASAN Xidmət"in rolunu xüsusi vurğulamaq istəyirəm, burada fəaliyyət korrupsiyanı tam istisna edir. "ASAN xidmət" beynəlxalq səviyyədə digər ölkələrə tövsiyyə edilməkdədir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024