Mobil versiya
“Müsəlman dövlətlərinin siyasi sabitliyə ehtiyacı var” – Zakir Qaralov
Tarix: 06-06-2017 | Saat: 11:41
Bölmə:Gündəm / Manşet | çapa göndər

“Müsəlman dövlətlərinin siyasi sabitliyə ehtiyacı var” – Zakir Qaralov




"İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərində kömək etmək kimi qarşıya qoyduğu ali məqsədlərə tam nail olunması üçün şərait mövcuddur".

Bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü görüşündə çıxışı zaman deyib.

Onun sözlərinə görə, müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var: “Bu, ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir”.

Zakir Qaralov dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğunu vurğulayan baş prokuror bu baxımdan üçüncü iclasın əhəmiyyətini xüsusi qeyd edib. Zakir Qaralov bildirib ki, Azərbaycanın 1992-ci ildə üzv olduğu ECO 2004-cü ildən korrupsiyaya qarşı mübarizə sahəsində də səmərəli fəaliyyət göstərir

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024