Daha iki ölkə Qətərlə əlaqələri kəsdi
Tarix: 05-06-2017 | Saat: 13:44
Bölmə:Siyasət / Karusel | çapa göndər
Yəmən və Liviya rəhbərliyi Qətərlə əlaqələri kəsmək barədə qərar qəbul edib.
Bu barədə AİA.az xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək göstərməsidir.
Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025
09-01-2025