Mobil versiya
Azay Quliyev Türkiyəyə gedir
Tarix: 05-06-2017 | Saat: 13:41
Bölmə:Siyasət | çapa göndər

Azay Quliyev Türkiyəyə gedir



Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək Türkiyədə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada keçirilən görüşlərinin nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.

Səfər çərçivəsində Azay Quliyevin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, CHP lideri Kamal Kılıçdaroğlu, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Vedat Bilgin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024