Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə
Tarix: 01-06-2017 | Saat: 19:26
Bölmə:Gündəm | çapa göndər
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyunun 10-da saat 10.00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyunun 8-9-da saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, həmçinin imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində (www.justice.gov.az), o cümlədən "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, habelə bu sənədlər nazirliyə və yerli ədliyyə qurumlarına (ünvanlar həmin internet səhifəsində göstərilib) müraciət edənlərə təqdim olunur.
Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha çox bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024