Mobil versiya
Media nümayəndələri düşmənlə 500 metr məsafədə
Tarix: 01-06-2017 | Saat: 19:00
Bölmə:Gündəm | çapa göndər

Media nümayəndələri düşmənlə 500 metr məsafədə



Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər.Movqe.az-ın xəbərinə görə, qəsəbə barədə qonaqlara ətraflı məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, qəsəbə düşmənlə hava xətti ilə 500 metr məsafədə yerləşir. O, qəsəbənin 1990-cu ildən döyüş meydanına çevrildiyini, 1992-ci ildən sakinlərin öz evlərindən köçürüldüyünü söyləyib: " Sakinləratəşkəsdən sonra öz evlərinə qayıtsa da, yaşayış binalarıbərbad vəziyyətdə idi. Buna görə də, qəsəbə 2010-cu ildən tam yenidən qurulub. 84 yeni yaşayış mənzili tikilərək və yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər öz evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axını ilə davam edir".

Daha sonra qonaqlar Heydərabad Tarix Diyarşunaslıq muzeyində olublar. Buradan sonra qəsəbədə yeni inşa olunan 48 mənzilli çoxmərtəbəli yaşayış binasına baş çəkiblər. Baş redaktorlar qəsəbədəki hərbi hissəyə də baş çəkiblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024