Ev almaq üçün iki günə 1032 nəfər müraciət edib
Tarix: 01-06-2017 | Saat: 18:47
Bölmə:Gündəm | çapa göndər
Mayın 30-dan istifadəyə verilmiş "Güzəştli mənzil” elektron sistemi vasitəsilə 2 gün ərzində ümumilikdə 1032 müraciət qəbul olunaraq qeydiyyata alınıb.
Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. 2 gün ərzində qeydiyyata alınmış 1032 müraciətdən 423 vətəndaşın müraciəti artıq cavablandırılıb.
Belə ki 366 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabinetinin yaradılması təmin edilib, 41 nəfərin sənədlərinin natamam şəkildə təqdim olunması səbəbindən sənədlərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti ilə bağlı bildiriş göndərilib, 16 nəfərin müvafiq kateqoriyaya uyğun olmaması müəyyənləşdirilərək bu barədə bildiriş göndərilib.
Müraciətlərin 50%-dən çoxu vətəndaşların özləri tərəfindən "Elektron hökumət” portalında yerləşən "Güzəştli mənzil” sistemi vasitəsilə edilib, qalan hissəsi isə müvafiq "ASAN Xidmət” mərkəzlərində "MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınıb.
Xatırladaq ki, "Güzəştli mənzil” sistemi www.e-gov.az ünvanında yerləşən "Elektron hökumət” portalında yaradılıb. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar Elektron İmzanı (www.e-imza.az) və ya Asan İmzanı (www.asanimza.az) müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Müvafiq elektron imzaya malik olan və tələb olunan sənədləri əvvəlcədən hazırlamış vətəndaşların "Elektron hökumət” portalı vasitəsilə birbaşa müraciəti əlavə vaxt itkisinin qarşısını alır və cəmi bir neçə dəqiqə ərzində tamamlana bilər.
Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az "internet-saytları”nın ana səhifəsində yerləşən "GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində "Elektron hökumət” portalında yerləşən "Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.
Bununla belə, "Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində və Sumqayıt "ASAN xidmət” mərkəzində müvafiq xidmət göstərilir.
Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024