Mobil versiya
Bölgələrdə intensiv yağış yağacaq
Tarix: 01-06-2017 | Saat: 18:44
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bölgələrdə intensiv yağış yağacaq



İyunun 2-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 15-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024