Mobil versiya
"Nöqsanların aradan qaldırılması əsas vəzifədir" - Əli Əhmədov
Tarix: 01-06-2017 | Saat: 12:06
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Nöqsanların aradan qaldırılması əsas vəzifədir" - Əli Əhmədov



"Azərbaycanın dinamik inkişafı son illərin hamı tərəfindən qəbul olunan reallığıdır. Onu ifadə edən rəqəmləri sadalayıb oxucuları yormaq istəməzdim, çünki bu hamıya yaxşı məlumdur. Lakin qeyd etməyi lazım bilirəm ki, iqtisadi yüksəlişin ayrılmaz tərkib hissələri kimi, son illərdə 1,6 milyon yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyalarının dəfələrlə artması, digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların həyat tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.

Bu fikirləri baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov bildirib ki, ölkədə işsizliyin səviyyəsi və yoxsulluq həddi 5-6% civarındadır: "Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan bu göstəriciləri ilə inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər. Yaşadığımız mərhələnin mühüm xüsusiyyətlərindən biri islahatların yeni şəraitdə və formalarda davam etdirilməsidir. Məqsəd ölkənin inkişafını sürətləndirmək, insanların həyatını daha da yaxşılaşdırmaqdan ibarətdir. Təkmilləşdirilməyə ciddi ehtiyac duyan sahələrdən biri əmək münasibətləri sferasına aiddir. İqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi sayəsində ölkədə iqtisadi fəal əhalinin sayı artıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir. Başqa sözlə ifadə etsək, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilərdir. 1,6 milyon nəfər əhali kənd təsərrüfatı sahəsində çalışır. Deməli, təxminən elə bu qədər də insan fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir. Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində bizi narahat edən bir sıra problemlər mövcuddur. Onlar ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda nəticə etibarilə əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər. Beləliklə, əmək münasibətləri sahəsində bütün nöqsanların aradan qaldırılması, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi aktual vəzifəyə çevrilib”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024