Mobil versiya
Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı
Tarix: 31-05-2017 | Saat: 16:35
Bölmə:Siyasət | çapa göndər

Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı



ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı verib.

AİA.Az Trend-ə istinadən bildirir ki, bu barədə informasiya ABŞ KİV-lərində yer alıb.

Məlumatda qeyd olunur ki, sazişdən çıxışın detalları bir qrup məmur tərəfindən hazırlanır.

Qeyd edək ki, ötən həftə sonu "Böyük yeddilik" ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.

D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024