"Kredit götürəndə pulu qaytarmağı da düşünün" - Siyavuş Novruzov
Tarix: 31-05-2017 | Saat: 16:04
Bölmə:Siyasət | çapa göndər
“Azərbaycandan qat-qat böyük dövlət var ki, orada da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, dünyada baş verən hadisələr Azərbaycanda da baş verir: “Ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalı, problem olduqda məhkəməyə müraciət etməlidirlər. Ümumilikdə isə kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub, sonradan böyük problem yaşamağa ehtiyac yoxdur”.
S.Novruzov Azərbaycanda tikinti sektorunda yeni layihələrin həyata keçirildiyini diqqətə çatdırıb: “Ötən gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlər üçün Qaradağ rayonunda, eləcə də Nərimanov rayonunda 20 binanın tikilməsi prosesinə başlanılıb. Bundan əlavə Nəsimi rayonunda böyük mikrarayon köçürülür. Bütün bunlar həm yeni iş yerlərinin açılması, həm də vətəndaşlarımızın güzəştli şəkildə mənzil sahib olmasına imkan yaradacaq. Bu proses Nizami və digər rayonlarda da gedir. Təkcə Bakı şəhərində 300-ə yaxın binanın tikilməsi nəzərdə tutulur. Bu işlər dövlət tərəfindən Azərbaycan Prezidentinin rəhbərliyi ilə gedir”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024