Mobil versiya
"Büdcə gəlirləri azalsa da, müdafiə xərcləri artır" - Komitə sədri
Tarix: 31-05-2017 | Saat: 12:57
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Büdcə gəlirləri azalsa da, müdafiə xərcləri artır" - Komitə sədri



Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışı zamanı bildirib ki, Azərbaycanda büdcə gəlirləri azaldığı şəraitdə müdafiə xərcləri artır və müdafiə xərclərinin dinamikasında stabillik saxlanılıb.

Komitə sədri qeyd edib ki, pul vəsaitlərinin vaxtında qaytarılmasına nail olunur: "Azərbaycanın xarici dövlət qarşısında heç bir problemi yoxdur. Bu da qarşılıqlı münasibətlərin qorunmasında olduqca önəmlidir”.

Qeyd edək ki, ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7,715 mln. manat çox olub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə nisbəti ilə götürdükdə, büdcə xərcləri ÜDM-in 29,4%-nə bərabər olub.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024