Mobil versiya
122 dövlət əmlakı özəlləşməyə çıxarılır
Tarix: 30-05-2017 | Saat: 12:50
Bölmə:Gündəm | çapa göndər

122 dövlət əmlakı özəlləşməyə çıxarılır



Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 4-də dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Hərracda 122 dövlət əmlakı özəlləşməyə çıxarılacaq. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən xəbərə görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Ağcabədi Aqrotexservis", "Astara Çay-3", "Yevlax Yun", "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Şıxlar Broyler", "Mingəçevir Qum Çınqıl" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 750 manatla 2 391 000 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Yevlax Yun" ASC-dir. Adı çəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak "Mingəçevir Qum Çınqıl" ASC-dir. Həmin əmlakın səhmləri isə 156 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kv.m ilə 147 min kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Zaqatala Barama Toxumu Zavodudur. Adı çəkilən əmlak 283,75 min manata təklif edilir. Torpaq sahəsi 18 350 kv.m, ümumi faydalı sahəsi isə 3 881 kv.m təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Sumqayıt şəhərində yerləşən 22 saylı mağaza 218 min manata yaxın, Şirvanda yerləşən yardımçı təsərrüfat 157,5 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024