Mobil versiya
Məmmədyarov Kolumbiyaya gedib
Tarix: 29-05-2017 | Saat: 16:28
Bölmə:Siyasət | çapa göndər

Məmmədyarov Kolumbiyaya gedib


Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, Nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət "Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024