Mobil versiya
Azərbaycanda polislər cibindən pul verib körpünü təmir etdirdi
Tarix: 26-05-2017 | Saat: 17:07
Bölmə:Gündəm / Karusel | çapa göndər

Azərbaycanda polislər cibindən pul verib körpünü təmir etdirdi



Kuzun Qusarın dağ kəndlərindəndir. Buranın təbiəti də bir qədər şıltaqdır. Sakinlər buna çoxdan öyrəşiblər. Bir müddət öncə əsən güclü külək və yağan leysan yağışları evlərə, təsərrüfatlara xeyli ziyan vurdu. İyirmiyədək evin damı yararsız hala düşdü. Kəndə gedən yol üstündəki körpü uçub dağıldı. Sakinlərin rayon mərkəzinə gediş-gəlişi çətinləşdi.

AİA.Az baku.ws-ə istinadən xəbər verir ki, ərazidə xidmət aparan Qusar RPŞ-nin Şahdağ Polis Bölməsinin əməkdaşları da bu təbii fəlakətin kəndə vurduğu ziyanın aradan qaldırılması üçün əllərindən gələni əsirgəmədilər.

​Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov sakinlərlə görüşərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasının və görüləcək işləri müzakirə edib.

​Şəxsi heyətin müvafiq tədbirlərin görülməsi üçün könüllülük prinsipi əsasında yığdığı vəsait hesabına alınan inşaat materialları ilə kəndə gələn yolun üstündəki körpü və yolun 175 metrlik hissəsi tezliklə bərpa olunub, 20-yə yaxın evdə və kənd qəbiristanlığında təmir-bərpa işləri davam etdirilir.

​Vətəndaşlar polisin bu xeyirxah təşəbbüsündən və əməlindən məmnun qalıblar və bu nəcib addımı yüksək qiymətləndiriblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024