Mobil versiya
Hərbi xidmətdən yayınanların işi çətinləşir
Tarix: 25-05-2017 | Saat: 15:30
Bölmə:Gündəm / Karusel | çapa göndər

Hərbi xidmətdən yayınanların işi çətinləşir




Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanunun 53-cü (Həkim sirri) maddəsinə təklif olunan dəyişikliyə əsasən, həkim sirri təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilməsi halları artırılır. Belə ki, həkim sirri təşkil edən məlumat (vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan) həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə də verilə bilər.

Hazırkı qanunvericiliyə əsasən, həkim sirri təşkil edən məlumatlar vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə; istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə; yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə verilə bilər.

Qeyd edək ki, dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024