Mobil versiya
Komissiyadan naməlum məzarlarla bağlı əhaliyə müraciət
Tarix: 25-05-2017 | Saat: 14:40
Bölmə:Gündəm / Karusel | çapa göndər

Komissiyadan naməlum məzarlarla bağlı əhaliyə müraciət



Son günlərdə kütləvi informasiya vasitələrində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və ayrı-ayrı vətəndaşlar tərəfindən itkinlərə aid məzarların açılması istiqamətində bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin eksqumasiyasını həyata keçirmək üçün ilk növbədə onlarla bağlı tam və əhatəli məlumatlar toplanmalı, yaxın qohumlarından DNT nümunələri götürülməlidir.

Bu proses başa çatdıqdan sonra səlahiyyətli dövlət orqanlarının müvafiq qərarı əsasında məhkəmə-tibbi ekspertiza və digər mütəxəssislər heyəti müəyyən edilərək məzarda qazıntı işləri aparılmalıdır.

Xüsusi qaydada toplanmış insan qalıqları laboratoriyada zəruri prosedurları keçdikdən sonra meyitdən və itkin düşmüş şəxsin yaxınlarından götürülmüş nümunələr tutuşdurularaq eyniləşdirmə aparılır. Proses müsbət nəticə verdiyi təqdirdə insan qalıqları ailəyə təhvil verilir.

Hazırda Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu sahədə müvafiq tədbirləri davam etdirir. Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun eksqumasiya işləri aparılacaq və eyniləşdirilmiş meyit qalıqları itkin ailələrinə təhvil veriləcək:

“Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarının qərarı olmadan naməlum məzar yerlərinin eksqumasiyasının və meyit qalıqlarının digər ərazilərə köçürülməsi hərəkətinin qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olduğunu nəzərə alaraq, yerli ərazi inzibati orqanları nümayəndələrini və vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə çağırırıq”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024